Cənubi Amerika Futbol Konfederasiyası Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messinin diskvalifikasiyası qərarını qüvvədə saxlayıb.
Fanat.Az xəbər verir ki, Argentina Futbol Assosiasiyası Messinin diskvalifikasiyasının 3 aydan 2 aya qədər azaldılması barədə vəsatət qaldırmışdı. Lakim Apellyasiya Məhkəməsi AFA-nın sorğusunu rədd edib. Messinin Argentina yığmasının oyunlarında iştirakına qadağa bu ilin 3 avqustunda qüvvəyə minib.
Qeyd edək ki, Messi Braziliyada keçirilmiş Amerika Kuboku-2019 yarışı zamanı Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etmişdi. O, hakimə etiraz əlaməti olaraq turnirdə qazandıqları bürünc medalı almaqdan imtina edib. "Turnir ərzində bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim. Biz daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlərr", - deyə Messi bildirib.
Fanat.Az