"Liverpul” İngiltərə Liqa Kubokundan uzaqlaşdırıla bilər.
Fanat.Az xəbər verir ki, buna səbəb "qırmızılar"ın turnirin 1/16 final mərhələsinin "Milton Kins Dons”la matçında turnirdə iştirak etmək hüququ olmayan futbolçunu oynatmasıdı. Həmin oyunçunun adı açıqlanmır. Artıq bununla bağlı artıq araşdırmalar başlayıb. fakt təsdiqlənsə, "Liverpul” İngiltərə Liqa Kubokundan uzaqlaşdırılacaq.
Qeyd edək ki, "Liverpul” "Milton Kins Dons”u 2:0 hesabıyla məğlub edib və 1/8 finala yüksəlib. "Qırmızılar" bu mərhələdə "Arsenal”a rəqib olub.
Fanat.Az