Nigeriya millisinin sabiq üzvü Taribo Uest "Milan"dan ayrılmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 45 yaşlı veteran müdafiəçi İtaliya mafiyasının təzyiqinə görə komandadan getmək məcburiyyətində qaldığını etiraf edib:
"Zədəli olduğumu demələri üçün həkimlərə rüşvət verdilər. Amma bunlar doğru deyildi. Məni komandadan atmaq istədilər, çünki afrikalıları İtaliya klubunda görmək istəmirdilər".
Qeyd edək ki, Taribo Uest "Milan"da 1999/00 mövsümündə çıxış edib.
Fanat.Az