Niderland hökuməti Hollandiya adından imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə qərara səbəb ölkənin yeni obrazını formalaşdırmaq niyyətidi. Hökumət üzvləri hesab edir ki, Hollandiya adı insanlara narkotik vasitələr və Amsterdamın "Qırmızı fənərlər" küçəsini xatırladır.
Yeni imic Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən "Eurovision-2020" Mahnı Müsabiqəsində təbliğ olunacaq.
Ölkənin futbol və digər idman komandaları da Hollandiya adından imtina edəcək. Niderland rebrendinqi 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq
Fanat.Az