İtaliya millisi ənənəvi göy formasıyla vidalaşır.
Fanat.Az xəbər verir ki, bu gün sözügedən yığmanın texniki sponsoru tünd yaşıl geyim dəstini təqdim edib.
İtaliya Futbol Federasiyasından rəngin nəsil dəyişikliyini ifadə etdiyi və təsadüfən seçilmədiyi bildirilib. Seçmənin üzvlərinin AÇ 2020-yə qədər meydana yaşıl futbolkalarda çıxacağı, ardından növbəti formaların təqdim ediləcəyi vurğulanıb.
Qeyd edək ki, İtaliya cəmi 1 dəfə yaşıl geyim dəsti ilə oynayıb. 1954-cü ilə təsadüf edən həmin görüş Romada reallaşıb və meydan sahibləri Argentina millisini 2:0 hesabıyla yenib.
Fanat.Az