"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 7-ci turunda "İnter" üzərində qələbəni (2:1) şərh edib.
Fanat.Az-ın məlumatına görə, o, bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb: "Komanda çox güclü oynadı. Yenidən turnir cədvəlinin zirvəsində olmaq çox gözəl duyğudu".
Qeyd edək ki, Turin klubu "İnter"i məğlub edərək ilk pilləni ələ keçirib.
Fanat.Az