"Liverpul"un futbolçusu Trent Aleksander-Arnold Ginnesin Rekordlar Kitabına düşüb.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü Premyer Liqada müdafiəçilər arasında qol ötürməsi ilə rekord müəyyənləşdirib.
O, 2018/19 mövsümündə 12 məhsuldar ötürmə ilə "Everton"un sabiq futbolçuları Endi Hinçkliff (1994/95) və Leyton Beynsin (2010/11) rekordlarını yeniləyib.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 8 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Fanat.Az