Bolqarıstan millisinin sabiq futbolçusu Xristo Stoiçkov UEFA-ya gözlənilməz çağırış edib.
Fanat.Az xəbər verir ki, "Barselona"nın keçmiş üzvü ölkəsinin klublarının avrokuboklardan kənarlaşdırılmasını istəyib. "L’Equipe” nəşrinə açıqlama verən 53 yaşlı veteran hücumçu "AVRO-2020"nin seçmə mərhələsində Bolqarıstanın evdə İngiltərəyə 0:6 hesabı ilə uduzduğu matçda yerli azarkeşlərin irqçi davranışlarından xəcalət çəkdiyini bildirib.
"Bəlkə də, daha ciddi cəza verilməsinin vaxtı gəldi. İngiltərə bundan keçib. Bolqarıstan klublarını 5 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdı. Bu, hamının sakitləşməsinə kömək edərdi" deyə Stoiçkov bildirib.
Fanat.Az