Fransa - Türkiyə oyunundan sonra həftənin rəmzi komandasına seçilən Merih Demiral aparıcı xarakteri və ambisiyası ilə bir sıra klubların diqqətini çəkib.
Fanat.Az xəbər verir ki, son vaxtlar sərgilədiyi performansla adından söz etdirən türk futbolçu ilə bağlı Avropa mətbuatında yeni iddialar ortaya atılıb.
İtaliya mediasında yayılan xəbərlərə görə, "Mançester Yunayted” Merih Demiral üçün 30 milyon avro təkilf edib. Bu təklifə İtaliya komandasının cavabı konkret olub. "Yuventus”un idman direktoru Fabio Paratici bir klub olaraq türk futbolçuya inandıqlarını bildirərək, onun satılmadığını deyib.
Qeyd edək ki, bundan qabaq türk ulduz üçün "Milan” da danışıqlara girmiş, "Yuventus” bu təklifi dərhal rədd etmişdi.
Fanat.Az