Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən komandasını dəyişə bilər.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun Moskva "Dinamo"su ilə müqaviləsində tərəflərin təzminat ödəmədən əməkdaşlığın ləğvi ilə bağlı bəndin yer aldığı bildirilib.
"Dinamo" rəhbərliyinin gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən Şeydayevlə yolları ayırmaq variantına baxdığı vurğulanıb.
Qeyd edək ki, Ramil bu mövsüm Rusiya Premyer Liqasında oynadığı 7 matçda qol vura bilməyib. O, 2019-cu ilin yayından Moskva təmsilçisində çıxış edir.
Fanat.Az