"Liverpul” azarkeşlərinin başına maraqlı hadisə gəlib.
Fanat.Az xəbər verir ki, doğma komandalarının Çempionlar Liqasında "Genk” ilə qarşılaşmasına baxmaq üçün yola çıxan azarkeşlər stadiona çata bilməyiblər. Buna səbəb isə onların Genk şəhəri əvəzinə Gentə yollanmasındı.
Gentə çatandan sonra orda "Liverpul” azarkeşlərinə rast gəlməyən fanatlar yemək yedikləri kafedə ofisianta "axşam sizinlə oyunumuz var” deyiblər. "Yox” cavabını eşidən fanatlar məsələni mahiyyətini gec anlayıblar. Şəhərlər arasında 150 kilometr məsafə olduğundan iki azarkeş oyuna baxmaq üçün stadiona çata bilməyiblər.
Olay sosial şəbəkələrdə gündəm olandan sonra "Gent” rəhbərliyi həmin fanatları Avropa Liqasında oynayacaqları "Volfsburq”la qarşılaşmaya dəvət ediblər.
Fanat.Az