"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Pep Qvardiolanın komandası 10-cu turda doğma meydanda "Aston Villa" ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Qollara Rahim Sterlinq, Kevin de Brüyne və İlkay Gündoğan imza atıb.
Bu qələbə ilə xalını 22-yə yüksəldən Mançester təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Liverpul" 25 xalla (9 oyundan) 1-ci, "Lester" 20 xalla 3-cüdür.
Fanat.Az