Türkiyə Super Liqasında İstanbul derbisi keçirilib.
Fanat.Az xəbər verir ki, "Beşiktaş” əzəli rəqiblərindən olan "Qalatasaray”ı qəbul edib. Görüş "qara qartallar”ın qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qola 69-cu dəqiqədə Umut Nayir imza atıb.
"Beşiktaş” bu qələbə ilə xalını 12-ə çatdıraraq 8-ci pilləyə yüksəlib. "Qalatasaray” isə 13 xalla 7-cidi. Turnir cədvəlinə 18 xalla "Alanyaspor” başçılıq edir.
Fanat.Az