Hollandiyanın "Alkmaar" klubunun futbolçusu Pantellis Hatsidiakosun dişləri qırılıb.
Fanat.Az xəbər verir ki, hadisə PSV ilə səfər oyununda baş verib. Belə ki, qarşılaşmanın 80-ci dəqiqəsində PSV-nin yunanıstanlı legioneri, ötən mövsüm "Qalatasaray"da çıxış edən Konstantinos Mitroqlu həmyerlisinin çənəsinə dirsəyi ilə vurub. Toqquşma nəticəsində Hatsidiakosun iki dişi qırılıb.
Qeyd edək ki, qarşılaşma "Alkmaar"ın 4:0 hesablı qələbəsi ilə bitib.
Fanat.Az