Bosniya və Herseqovina millisinin "AVRO-2020"nin seçmə mərhələsinin İtaliya və Lixtenşteynlə oyunlar üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçi yenə milliyə dəvət etməyib.
Xorvat mütəxəssis "Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçə, "Maribor”dan Kenan Piriçə və "Hapoel”dən (Hayfa) Jasmin Buriçə dəvət göndərib.
Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubunda mütəmadi oynasa da, bu dəfə də yığmaya çağırılmayıb.
Fanat.Az