Fransa məhkəməsi PSJ-nin futbolçusu Neymarla bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, məhkəmə braziliyalı hücumçunu ölkə kubokunun finalında "Renn"lə matçdan sonra azarkeşi vurmasına görə cəzalandırılmayıb. Ona etdiyi hərəkətə görə yazılı xəbərdarlıq olunub.
Qeyd edək ki, Neymar görüşdən sonra mükafatlandırma mərasimi zamanı onu təhqir edən azarkeşi vurub. Həmin azarkeş məhkəməyə oyunçudan şikayət edib.
Fanat.Az