09:56 11.11.2019 1889

Pedro Enrike: "Bəlkə də nə vaxtsa "Qarabağ"a geri döndüm"

Bakıda səfərdə olan "Qarabağ"ın sabiq futbolçusu, hazırda Türkiyə "Kayserispor”unda çıxış edən Pedro Enrike evdə "Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra brifinq keçirib.
 
Fanat.Az xəbər verir ki, braziliyalı hücumçu jurnalistlərin suallarını cavablandırıb...

- Bakıya səfəriniz nə ilə əlaqədardır?
- Burada çoxlu dostlarım var onları görmək üçün gəlmişəm. Həmçinin "Qarabağ" karyeramda xüsusi yerə sahibdir. Biz birlikdə çoxlu oyunlar keçirmiş, qələbələr qazanmışıq. Bəlkə də bir gün nə vaxtsa "Qarabağ"a geri döndüm.

- Siz özünüz geri qayıtmaq istəyirsiniz?
- Hazırda başqa klubla müqaviləm var. Ona görə də bu barədə danışmağım doğru olmaz. Buradakı dostlarımla daim əlaqədəyəm.

- "Qarabağ"ın oyunlarını izləyirsinizmi?
- Əlbəttə, çempionatda və Avropa Liqasındakı oyunları izləyirəm. Sonuncu oyunda komanda APOEL-ə məğlub oldu. Artıq həmin oyunu yaddan çıxarıb növbəti matç barədə düşünmək lazımdır.

- "Qarabağ"da, yoxsa "Kayserispor"da oynamaq sizə rahatdır?
- Türkiyə çempionatı özünəməxsus sərtliyi olan liqadır. Hər matç gərgin keçir. Əlbəttə, hər iki komandada oynamağın öz çətinliyi və rahatlığı var. Mən hər zaman diqqətimi oyuna verir və daim matça köklənməyə çalışıram.

- Axırıncı məğlubiyyətdən sonra "Qarabağ"ın qrupdan çıxma şanslarını necə qiymətləndirirsiniz?
- İnanmıram ki, komanda növbəti mərhələyə çıxmayacaq. Ümid edirəm ki, "Qarabağ bunu bacaracaq.

- "Qarabağ”da qalmağınıza nə mane olmuşdu?
- Həmin vaxt vəziyyət qarışıq idi. "PAOK”-la müqaviləm qüvvədəydi. "PAOK”da qalmaq istəyirdim, ancaq "Astana”ya gedəsi oldum. Orada bir az problemlərim oldu. Bu kluba keçməkdənsə, "Qarabağ"da qalmaq daha yaxşı olardı. Bu, mənim sabiq komandam olan PAOK-un qərarı idi. Astanada Avropa passportlu oyunçuların çoxluğu ilə bağlı problemlər oldu və futbolda belə şeylər olur. Amma dediyim kimi Astanaya keçmək mənim deyil, "PAOK”un qərarı idi. 

Mənbə: report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X