10:26 13.11.2019 1375

“Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

Eddi İsrafilov sıradan futbolçudu. Əslində, onun milli komandadan kənar qalması ciddi müzakirə mövzusu olmamalıdı. Oynadığı matçlarda yığmaya heç bir ciddi xeyir verməyən anqolalı yarımmüdafiəçi yalnız legioner olduğu üçün diqqət çəkə bilər.
 
Lakin Eddinin millimizdə oynamaq üçün AFFA-dan 1 milyon dollar civarında pul aldığını nəzərə alsaq, vəziyyət dəyişir. Bir ara AFFA-nın/SOCAR-ın büdcəsindən çıxan həmin pulun müəyyən hissəsini almadığı üçün millinin düşərgəsinə gəlməkdən boyun qaçırdı deyilən İsrafilov son matçlarda heyətdə olub. Deməli, maliyyə problemi yoluna qoyulub.
 
Eddi yenə millinin düşərgəsinə gəlməyəcək. O, noyabrın 16-da Bakıda Uelslə matçda baş məşqçi Nikola Yurçeviçin ixtiyarında olmayacaq. Səbəb isə müəmmalı və qəribədi. İspaniya Sequndasında oynayan "Albasete” İsrafilovu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki oyuna buraxmayıb. AFFA-nın açıqladığı rəsmi məlumatda bildirilir ki, ispan klubuna göndərilmiş məktubla bağlı texniki problem yarandığı üçün klub futbolçunu millimizin düşərgəsinə buraxmayıb.
 
Məsələnin məğzini öyrənmək üçün "Sportinfo”dan olan həmkarlarımız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə söhbətləşib. Federasiya rəsmisi qarşı tərəfi günahlandırıb: "Albasete" tərəfi iddia edir ki, məktub onlara gec çatıb. Bilirsiz necədir, klub bir az cığallıq edir. Lap tutaq ki, məktub 1 sutka, yaxud da 2 saat gec çatıb. Eddi oyundan bir gün əvvəl milliyə çağırılmayıb ki? Matça hələ 4 gün var. Məktub isə bu ayın əvvəlindən göndərilib. Artıq məsələylə bağlı FİFA-nı məlumatlandırmışıq. Bu, kargüzarlıq cığallığı kimi bir şeydir. Futbolçu tərəfindən bizə hansısa imtina gəlməyib. Özü gəlmək istəməsəydi, qərarını bildirərdi. Belə bir şeylə qarşılaşmamışıq. Ötən toplanışda zədəli olduğu üçün gələ bilməmişdi. Açıqlama vermişdi ki, ürəyim ordadır, gəlib oynamaq istəyirəm. Klubla danışıq aparılıb. Biz öz mövqeyimizi bildirmişik. Deyildi ki, kargüzarlıq məsələsinə görə futbolçunun milli komandaya buraxılmaması düzgün deyil".
 
AFFA-nın mövqeyi aydındı. Həqiqətən dəvət vaxtında göndərilibsə, o zaman "Albasete”ni ciddi cəza gözləyir. Lakin İspaniya klubunun bunu bilə-bilə özbaşınalıq etməsi inandırıcı deyil. Bəlkə ortada başqa səbəblər var?
 
Futbolinfo.az məsələ ilə bağlı İspaniya klubu ilə əlaqə saxlayıb.


Eddi zənglərə cavab verməsə də, "Albasate”nin mətbuat xidmətinin rəhbəri Xesus Ernandes Prensa ilə danışmaq mümkün olub. Klub rəsmisi Eddinin Bakıdakı qarşılaşmaya getməməsinin AFFA və klub arasında razılaşdırıldığını bildirdi: "Bu klub və federasiya arasında bir razılaşmadır. Bu barədə ətraflı məlumat vermək istəmirik. Bizim növbəti matçda ona ehtiyacımız var. Çünki Eddinin mövqeyində oynayacaq başqa futbolçumuz yoxdu”.


 
Xesus Ernandes Prensaya inansaq, Eddinin millinin qarşıdakı 2 oyundan birincisinə gəlməməsi tərəflər arasında razılaşdırılıb. O zaman bu komediya kimə lazımdı? Yoxsa yığmanın arxa plana keçirilməsi, klubun xahişinə HANSISA SƏBƏBDƏN müsbət cavab verilməsinə don geydirmək üçün "texniki problem” oyunu ortaya atılıb? Bəlkə də "Albasete”nin uğuru AFFA üçün millinin nəticələrindən daha önəmlidi?
 
Xatırladaq ki, "Albasete"nin noyabrın 17-də İspaniya Sequndasının 16-cı turu çərçivəsində əsas rəqiblərindən biri "Saraqosa" ilə vacib oyunu var. (Futbolinfo.az)


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X