20:34 24.12.2019 3003

Almeydanın son pilləsi

Riçard Almeydanın "Qarabağ”dan yeni müqavilə ərəfəsində nə qədər maaş istədiyini bilmirəm. Deyilənə görə 700 min dollardan dəm vururmuş. Bəlkə də 2-3 illik saziş üçün... Bəlkə də yalandı, tutaq ki, 700 min yox, 500 min tələbiylə çıxış edib... Ağdam klubunun rəhbərliyi isə "yox, Riçi, bir qədər realist olmağa çalış, daha yaxşı düşün” cavabıyla "soyğun planı”nı əngəlləyib.


İndi ölkəsindədi, ona hər şey verən klubdan və Azərbaycandan ayrılıb, ata yurduna – Braziliyaya qayıdıb. Açığı, hadisələrin sonrakı inkişafı haqda qəti fikir səsləndirməyə çətinlik çəkirəm. Ən yaxın keçmişdə Miçel və Vild - Donald Gerye ilə bağlı da oxşar durum yaranmışdı.


İspan hazırda "köhlən atlar”ın sıralarındadır, haitili isə "Neftçi”nin uğurları üçün tər tökür. Biri necə deyərlər, daşı ətəyindən töküb geri qayıdıb, o biri sonadək yola gəlmədiyinə görə iş yerini dəyişmək məcburiyyətində qalıb. Yəni əminliklə söyləyə biləcəyim budur ki, bizlərin yaxşı tanıdığı "Qarabağ” rəhbərliyi heç vaxt adlara görə klubun mənafeyini qurban vermir, ana qaydalara sadiq siyasət yürüdür.


Yaşı 30-u haqlayan, "Astana”dan qayıdandan sonra əvvəlki Almeydanın uzağı 70 faizi səviyyəsində fayda verən milli üzvünə - Riçarda da xüsusi güzəşt ediləcəyinə inanmıram. Ya ağıllanıb qayıdacaq, ya da heç bir başqa klubda indiki sayğını görmədən karyerasını bitirəcək.


Saya məntiq halqasından baxanlar yarımmüdafiəçini ikiüzlülükdə suçlayır, "Qarabağ”a nə dərəcədə bağlı olduğunu dəfələrlə dilə gətirən futbolçunun ünvanına küskün tənqidlər yağdırır. Hardasa başadüşüləndir, amma "milliləşdirilmiş” əcnəbidən başqa addım ummaq da gülməlidir. Azərbaycan yığmasının formasını geyinməklə azərbaycanlılaşmayıb ki... Həm də legionerdən umduğumuzu "Qarabağ” adının, Qurban Qurbanovun xatirinə heç rauflar, əfranlar etməyib. Deyilmi?

 

... "Astana”dan məlum şəkildə icarəyə götürülən braziliyalı yarımmüdafiəçinin yeni saziş ərəfəsində özünü qədirbilən, duyğusal göstərməyə can atdığını, vətənində verdiyi müsahibələrin ölkəmizdə oxunmasında şəxsən maraqlı olduğunu 3-4 ay öncə də yazmışdım.

 

Sözügedən yarımmüdafiəçinin, menecerinin və köməkçi qüvvələrin komanda şəklində işlədiklərini, yerli futbol ictimaiyyətində qazanılan nüfuzdan sui-istifadəyə çalışdıqlarını düşünürəm. Sanki bir nərdivanla hündür evin açıq pəncərəsindən içəri girməyi planlaşdıran dəstə üzvlərinin hamısı son pillədən aşağı atılıb. 

 

"Sambaçı”nın şərtləriylə razılaşmayanların bu sahədə yetərincə təcrübəsi var. "Yeni nəfəs”ə ehtiyac duyulduğu dönəmdə ən doğru addımın atılacağına şübhə etməyin. 


NİHAT

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da -RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X