16:56 25.02.2020 4324

4 həftə keçdi, Məmmədov!

Nihat Ağasoy

 

AFFA İcraiyyə Komitəsinin yanvarın 28-də tarixin yaddaşına qovuşan səs-küylü iclasından sonra həm də icraçı vitse-prezidentə çevrilən baş katib Elxan Məmmədovla yeni vitse-prezident Vaqif Sadıqov media önünə çıxmışdı.


Yarıtmaz xorvatın - Nikola Yurçeviçin boş qoyduğu posta 32 namizəd olduğunu açıqlayan Məmmədov həm də növbəti toplantı barədə danışmışdı. "Çox güman, İK-nın növbəti toplantısı 15 gündən sonra olacaq” cümləsiylə müddəti açıqlayan futbol məmurunun vədəsi çoxdan tamam olub. Dəqiqləşdirsək, 2 yox, 4 həftə vaxt keçib.


Şübhəsiz, ləngimə səbəbsiz deyil. AFFA başbilənləri həm məşqçi seçimiylə bağlı ciddi tərəddüd edir, həm də ictimai qınaq, haqlı tənqidlərdən doğan təpki öz işini görür...


Bunlar bəlli məsələlərdi. 2018-ci ilin dekabrında Qurban Qurbanovla yollar məlum şəkildə ayrılandan sonra da oxşar durum yaranmışdı. Yurçeviçi zaman məhdudiyyəti üzündən yaxşı araşdırmayan futbol qurumu ardından bəlli uğursuzluğun ana səbəbkarı olaraq təzyiqlərə məruz qalmışdı. Hamının bildiyi "torba əməliyyatı”ndan, üzücü 1 xaldan - işbilməzliyin, səriştəsizliyin bariz nümunəsindən yenidən danışmaq uzunçuluq olar.


AFFA-nın mətbuat xidmətində bu günə qədər növbəti iclasla bağlı məlumat olmadığına görə, bir neçə versiya üzərində dayanacağıq. Hərçənd bunlardan heç biri olmaya da bilər:


Futbol ictimaiyyətinin böyük qismi, eləcə də millidə oynayan futbolçuların çoxu yerli məşqçi tərəfdarıdı. Yəni öz seçiminə özü inanmayan, başqa sözlə, kimi seçməyin düzgün olduğunu bilməyən idarəçilər proseslərə, konkret qərar verməyə hazır deyil. Yəni AFFA-dakılar bu günə qədər hər hansı irəliləyişə nail olmayıb. Namizədlərlə bağlı xaos hökm sürür.


Rəşad Sadıqovla görüşən icraçı vitse-prezident özünü ictimaiyyətə təkəbbürdən əl çəkmiş, səhvlərindən nəticə çıxarmış adam kimi təqdim etməyə çalışıb, alovun üzərinə az da olsa, su çiləyib. Ortaya çıxarılmasa belə, Sadıqov variantı da "sandığın dibi”nə atılmamalıdı. Hamı fərqli qərar gözlədiyi halda, seçmə "Qarabağ”ın kapitanına tapşırıla və o, futbolçu karyerasını bitirə bilər. Dəqiq olan budur ki, digər yerlilərlə bağlı planlar ağlabatan deyil.


Martın 3-də Amsterdamda UEFA-nın 44-cü konqresi keçiriləcək. Eyni tarixdə Millətlər Liqasının yeni mövsümünün də püşkü atılacaq. AFFA rəhbərliyi məşqçi seçimini püşkün nəticəsini bilinəndən sonraya saxlayırsa, bu, daha acizanə görüntüdü. Əvvəla, baharın birinci ayında yoxlama oyunlarına çıxacaq təmsilçimizin bu qarşılaşmalara hazırlaşmağa yetərincə vaxtı olmayacaq. Digər tərəfdən, rəqiblərə uyğun məşqçi axtarmağın özündə də ciddi qəbahətlər var. Belə çıxır ki, Azərbaycan münasib komandalarla düşməsə, seçməmizin real şansı olmasa, komanda az pula çalışmağa razılaşan "növbəti qurban”a həvalə ediləcək. Yox, "kor püşk” üzümüzü güldürsə, "pul kisəsi açılacaq”, az-çox tanınmış əcnəbilərin birinə qarşı assosiasiya səxavət göstərəcək. Yəni maliyyəyə qənaət ikinci plana keçəcək.

Ümid edək ki, futbol qurumu bu dəfə ötənilki qədər gecikməyəcək və sonda Azərbaycan futbolunun sabahı naminə düzgün seçim ediləcək. Buna inanmaq nə qədər çətin olsa da...

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da -RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X