AFFA Hakimlər və Hakim – İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlikə yeni təyinat verilib.
Fanat.Az xəbər verir ki, avstriyalı sədr 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iş başında olacaq.
O, martın 31-də Lvov şəhərində keçiriləcək Ukrayna - Şimali İrlandiya oyununun hakim-inspektor funksiyasını yerinə yetirəcək .
Fanat.Az