İspaniya La Liqasında 27-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış matçında "Alaves" və "Valensiya" üz-üzə gəlib. Oyunda hesab 34-cü dəqiqədə açılıb. Qonaqların heyətində Dani Parexo fərqlənib. Ancaq "Valensiya" qələbə hesabını qoruya bilməyib. 73-cü dəqiqədə Edqar Mendes "Alaves"in bərabərlik qoluna imza atıb. Qarşılaşmada başqa qol olmayıb. Beləliklə, "Valensiya" "Alaves" səfərində xal itirib.
İspaniya La Liqası
27-ci tur
"Alaves" - "Valensiya" - 1:1
Qollar: Mendes (73) - Parexo (34)
Fanat.Az