İspaniya La Liqasında 27-ci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, "Real" "Betis"in qonağı olub. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Ev sahiblərinin heyətində Sidney fərqlənib. Lakin çox keçmədən "kral klubu" status-kvonu bərpa edib. Kərim Benzema penaltini dəqiq yerinə yetirib. Görüşün taleyini Kristian Telyonun 82-ci dəqiqədə vurduğu qol həll edib. Madrid klubu çox çalışsa da, hesabı bərabərlişdirə bilməyib. "Betis" qələbə qazanıb - 2:1. Beləliklə, "Real" liderliyi əldən verib. Zinəddin Zidanın yetirmələri hazırda 1-ci pillənin sahibi "Barselona"dan iki xal geri qalır.
İspaniya La Liqası
27-ci tur
"Betis" - "Real" - 2:1
Qollar: Sidney (40), Telyo (82) - Benzema (45+3-penalti)
Fanat.Az