Türkiyə Super Liqasının XXV turunun dünən keçirilən "Sivasspor" - "Qalatasaray" oyunu bərabərliklə bitib - 2:2.
Fanat.Az xəbər verir ki, "Sivas 4 Eylül Stadyum"da baş tutan qarşılaşma olduqca maraqlı keçib. Hesabı ev sahibləri açsa da, qonaqlar Radamel Fakao və Sofian Fequlinin qolları sayəsində önə keçiblər. Məğlubiyyətlə barışmaya "yiğidolar" hesabda tarazlıq yaratmağa nail olublar.
Fanat.az həmin qarşılaşmanın videosunu təqdim edir.
Fanat.Az