İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçında "Lester" "Aston Villa"nı qəbul edib. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Harvi Barns ev sahiblərini önə keçirib. İkinci hissənin ortalarında Ceymi Vardi penaltini dəqiq yerinə yetirərək "tülkülər"in üstünlüyünü möhkəmləndirib. 79-cu dəqiqədə ingilis forvard dublunu rəsmiləşdirib. Matça son nöqtəni isə Barns qoyub. "Aston Villa"nı 4:0 hesabı ilə məğlub edən "Lester" xallarının sayını 53-ə çatdırıb. Brendan Rocersin komandası Premyer Liqada üçüncü sırada qərarlaşıb.
İngiltərə Premyer Liqası
29-cu tur
"Lester" - "Aston Villa" - 4:0
Qollar: Barns (40, 85), Vardi (63-penalti, 79)
Fanat.Az