Bu gün Ceksonvilldə keçirilən UFC 249 turnirində Toni Ferqyusonu vaxtından əvvəl məğlub edərək yüngül çəkidə müvəqqəti çempion tituluna sahib çıxan Castin Qetji açıqlama verib.
Fanat.Az xəbər verir ki, 5-ci raundda texniki nokautla qələbə qazanan idmançı mətbuat konfransında belə danışıb:
"Qalib gəlmək təbii ki, ürəyimcə oldu. Ancaq özümü çempion adlandıra bilmərəm. Həbib Nurməhəmmədovla qarşılaşmalıyam. Onunla nə vaxt üz-üzə gələcəm? Bunu deyə bilmərəm. Hələ qələbəmdən zövq almaq istəyirəm”.
Qeyd edək ki, Feryuson 2012-ci ildən bəri ilk yenilgisini alıb.
Fanat.Az