Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov "Instagram" hesabında Castin Qetji ilə döyüş ərəfəsində aldığı zədənin fotolarını paylaşıb.
Fanat.Az xəbər verir ki, oktyabrın 24-də ABŞ idmançısı Qetjini yenərək üçüncü dəfə titulunu qoruyan dağıstanlı ayaq barmağındakı sınığı göstərib:
Qeyd edək ki, çıxdığı 29 qarşılaşmanın hamısında qələbə qazanan Həbib Əbu Dabidəki "Döyüşçü adası"nda keçirilən UFC 254 turnirinin əsas döyüşündə növbəti zəfərini reallaşdırandan sonra karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol