"Mən Həbibin karyerasını bitirməsinə qarşıydım. Elə indi də oktaqona qayıtmasını istəyirəm".
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Həbib Nurməhəmmədovun əmisi Nurməhəmməd Nurməhəmmədov deyib.
O, qardaşı oğlunun qərarına anasının da təsir etdiyini söyləyib: "Onun karyerasını bərpa etməsi üçün çox variantlar var. Ancaq mənim istəməyimlə deyil. Həbib müstəqil insandır. Mən peşəkar idmançı, sabiq məşqçi kimi fərqli düşünə bilirəm... Həbib və anası isə ayrı fikirdədilər".
Xatırladaq ki, 32 yaşlı H.Nurməhəmmədov oktyabrın 24-də Əbu-Dabidəki "Döyüşçü adası"nda baş tutan UFC 254 turnirində yüngül çəkidə müvəqqəti çempion Castin Qetjini yenəndən sonra karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az