Premyer Liqanın XVII turunun 5 matçını 8050 nəfər canlı izləyib. Fanat.az xəbər verir ki, turun hər qarşılaşmasında orta hesabla 1610 nəfər olub.
Ən çox "Xəzər Lənkəran" - "Rəvan" qarşılaşmasına azarkeş gəlib. Lənkərandakı matçı 4 min nəfər izləyib. "İnter" - "Sumqayıt" matçına isə cəmi 250 nəfər maraq göstərib.
Xəzər Lənkəran - Rəvan (4000 tamaşaçı)
Simurq - AZAL (2000 tamaşaçı)
Bakı - Qarabağ (1000 tamaşaçı)
Neftçi - Qəbələ (800 tamaşaçı)
İnter - Sumqayıt (250 tamaşaçı)
Ümumilikdə 17 turun 85 qarşılaşmasını 139050 nəfər canlı izləyib ki, bu hər oyuna orta hesabla 1635 azarkeş deməkdi. Ən çox tamaşçı IV turun "Xəzər Lənkəran" - "Neftçi" matçına toplaşıb - 10000 nəfər. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" görüşlərində isə mövsümün antirekordu qeydə alınıb - 150 nəfər.
Fanat.az