Xəbər verdiyimiz kimi, sabiq "Playboy" modeli - məşhur futbol agenti Anamariya Prodan Ruminiyanın "Hermanştadt" klubunu satın alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçulara 700 min avro borcu olan "Hermanştadt" maddi problemlər üzündən satılıb.
Anamariya Prodan klubun bazasında
Rumıniya mediasının məlumatına görə, 47 yaşlı Anamariya Prodan qızı, 21 yaşlı Rebekka Dumitreskunu kluba prezident təyin edib. Prodanın böyük qızı olan və modellik etdiyi üçün İtaliyada yaşayan Rebekka ən gənc klub rəhbəri olaraq tarixə düşüb.
2015-ci ildə yaradılan Sibiu təmsilçisi Ruminiya çempionatının geridə qalan 26 turunda 25 xal yığıb. Sözügedən komanda hazırda turnir cədvəlində 10-cu pillədədi.