Türkiyə Super Liqasında XXVIII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, "Qalatasaray” bu turda doğma meydanda "Qaziantep”lə qarşılaşıb. Oyun 3:3 hesabı ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə qonaqlardan Papi Djilobodji açıb. 36-cı dəqiqədə Radamel Falkao bərabərliyi təmin edib. 4 dəqiqə sonra Yunes Belhanda "Qalatasaray"ı hesabda önə keçirib.
55-ci dəqiqədə meydan sahiblərindən Ahmet Çalık meydandan qovulub. Buna baxmayaraq 66-cı dəqiqədə Sofian Fequli hesabı artırıb. Amma "Qalatasaray" üstünlüyü qoruya bilməyib. 78-ci dəqiqədə Patrik Tvumasi fərqi azaldıb. 90+15-ci dəqiqədə isə Aleksandru Maksim penaltidən bərabərlik qolunu vurub.
Qeyd edək ki, "Qalatasaray" 28 turdan sonra 51 xalla 4-cü pillədə mövqe tutub.
Fanat.Az