Böyük britaniyalı tennisçi Eden Silva koronasirus pandemiyası dövründə yarışlar dayandığından modelliyə maraq göstərməyə başlayıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı modelin "Instagram"da paylaşdığı fotolar modellik agentliklərinin diqqətini çəkib.
"The Sun"a danışan Eden Silva Silva "W Model Management" adlı şirkətlə danışıqlara başladığını bildirib: "Məni sadəcə tennisçi olaraq tanımayacağınıza inanıram. Başqa işlərlə də maraqlanmaq çox önəmlidi. Bu işin arxasınca getməyin gözəl bir addım olacağına inanıram. Bu podyum modelliyi deyil. Amma fərqi kampaniyaların, sponsorların siması ola bilərəm. Əsas hədəfim yenə tennis olacaq. Qəhrəmanım Serena Uillyams çətin günlər keçirdi, amma kortdan kənarda özünü müdafiə etmək forması güclü və diqqət çəkən idi. Onun fanatıyam".
Fanat.Az