"Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqolli "NISA Independent Cup" turnirində baxımlı qola imza atıb.
Fanat.Az xəbər verir ki, albaniyalı sol cinah müdafiəçisi 4 komanda arasındakı mini-turnirin "Nyu Amsterdam"la oyununun ilk hissəsində cərimə zərbəsindən topu birbaşa qapıya göndərib.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Nyu-York Kosmos" növbəti görüşünü "Miçiqan Stars" komandasına qarşı keçirəcək.
Qeyd edək ki, 2012-2019-cu illərdə "Qarabağ"da çıxış etmiş 38 yaşlı oyunçu ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.
Fanat.Az