17:41 10.08.2020 1174

“Laçi”nin “Keşlə”yə böyük problem yaradacağına inanmıram\" - ŞƏRH

Tanınmış jurnalist Rasim Mövsümzadə avrokubokların püşkatmasından sonra komandalarımızın rəqiblərini dəyərləndirib. 

Fanat.az-a danışan "Qızıl top”un Azərbaycan təmsilçisi bir sıra maraqlı faktlara toxunub:

"Şkupi” Şimali Makedoniyanın paytaxtı Skopyenin albanca adıdır. Əldə etdiyim məlumata görə, "Neftçi”nin rəqibi 600 min avro məbləğində illik büdcəyə sahibdir. "Şkupi”nin sponsoru da Türkiyədəndir. Müqayisə üçün deyim ki, "Qarabağ”la qarşılaşacaq Şimali Makedoniyanın digər təmsilçisi "Sileks”in büdcəsi isə 400 min avrodur. Öz ölkəsində ilk üçlüyə belə düşə bilməyən "Şkupi” ilə mübarizədə "Neftçi”ni aşkar favorit saymaq olar.

Ölkə xaricində çıxış edən futbolçuları sayəsində 2016-cı ildə Avropa çempionatının final turnirində iştirak edən milli komandadan fərqli olaraq, Albaniyanın klubları nə Çempionlar Liqasında, nə də Avropa Liqasında qrup mərhələsinə çıxa biliblər. Son 10 mövsümə baxsaq, "Laçi” Albaniyada 8-ci yerdən maksimum 3-cü yer arasında var-gəl edən komandadır.

Albaniya çempionatında təxminən 3 ay çəkən fasilədən sonra keçirdiyi 10 oyunun 7-də qələbə qazansa da, "Laçi”nin Bakıda "Keşlə”yə böyük problem yaradacağına inanmıram.
 
2015-ci ildən Şimali Makedoniyada, mütəmadi olaraq, mükafatçılar arasında yer alan "Sumqayıt"ın rəqibi "Şkendiya”nı avrokubokların ilk mərhələsində digər rəqiblərimizdən daha güclü hesab etmək olar. Baş ofisi Dubayda yerləşən beynəlxalq "Ecolog” şirkətinin sahib olduğu klubun illik büdcəsi də 1,5 milyon avrodur. "Şkendiya” ilə bağlı diqqətçəkəcək fakt kimi klubun 2012-ci ildə "Volfsburq”a 700 min avroya futbolçu (cinah oyunçusu Ferhan Hasani) satdığını da qeyd etmək olar.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya klubu "Sileks", II təsnifat mərhələsində isə "Şerif" (Moldova)//"Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. 

Avropa Liqası təmsilçilərimizdən isə "Neftçi" "Şkupi" (Şimali Makedoniya), "Keşlə” "Laçi” (Albaniya), "Sumqayıt" isə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşacaq. 
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2024
22:20

Di Maria Türkiyə yolunda - Prezident bu keçidlə şəxsən məşğuldu

21:38

"Bayern" Premyer Liqa klubunun çalışdırıcısına tapşırılacaq - Bu, De Dzerbi deyil 

21:00

"Real" Karvaxalla bağlı qərarını verdi

20:30

İK-nın iclasında millinin yeni baş məşqçisi məsələsi müzakirə olunmayıb

20:15

AFFA klublara ayrılan məbləği artıra bilər

19:48

Qurban Qurbanov: "Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil"

19:27

"Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq" - AFFA prezidenti

18:45

Həkim baş məşqçinin bacarmadığını etdi

18:39

“Fire League”da pley-off oyunlarına start verildi

18:20

Azərbaycan millisi Macarıstana bu heyətlə yollanacaq

18:09

Türkiyə Kubokunun finalı bu stadionda keçiriləcək

17:50

İstanbul nəhəngi Madrid klubunun ulduzunu hədəfə aldı - SON DURUM

17:24

İngiltərə klubu baş məşqçisi ilə müqavilə yenilədi

17:02

Flikin "Bayern" rəhbərliyinə qoyduğu şərtlər bilindi - Onları da gətirəcək

16:45

Maria Stadnik ağır itki ilə üzləşdi

16:28

Simons PSJ-ni İspaniya nəhənginə dəyişmək istəyir

16:10

MY 1974-cü ildən bəri belə günə düşməmişdi

15:52

Sautgeyt MY-nin baş məşqçisi olacaq? - Özü dedi

15:32

Son turun təqvimi bilindi: "Qarabağ" bu arenada mükafatlandırılacaq

15:15

Məşhur futbolçunun əvəzinə qardaşı oynayıb - Klubunun aqibəti necə olacaq?

14:57

"Bilirdik ki, "Zirə" meydanın hər yerində pressinq tətbiq edəcək" - Adama Diakabi

14:39

“Mançester Yunayted” "Barselona" ilə ulduz mübadiləsi edir - Qrinvudun əvəzinə...

14:20

Final seriyasının təqvimi açıqlandı

14:04

Azərbaycan I Liqasında VAR-dan istifadə olunacaq

13:50

MY rəhbərliyi ənənəni bərbad mövsümə görə pozacaq

13:31

"Tottenhem"in ən böyük azarkeşi olacam" - "Arsenal"ın futbolçusu

13:13

Mamardaşvili oynamaq istədiyi klubun adını açıqladı

12:55

Şahruddinin klubu məşhur portuqaliyalını yola saldı

12:38

Bellingem komanda yoldaşını dünyanın ən yaxşısı adlandırdı

12:20

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

12:01

"Bayern Münhen" iki futbolçusunu yola salır - RƏSMİ

11:44

"Neftçi" üçün ilk, tarixdə 7-ci

11:27

"Qarabağ" klub rekordunu yenilədi

11:11

Ançelotti Kurtuaya: "Çox tərlədiyini görmədim" 

10:50

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

10:19

"Old Trafford"u sel basdı - VİDEO

09:56

Şamaxı Premyer Liqaya dönür - Dəqiqləşdi

09:33

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

09:10

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

Facebookdan bizi izləməyi unutmayın.
X