Növbəti mövsümə hazırlığı davam etdirən "Sabah"la "Qəbələ" bu gün yoxlama oyununda güclərini sınayıblar.
Fanat.Az xəbər verir ki, oyun "Bank Respublika Arena"da baş tutub.
Görüş paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Bu, "Sabah"ın yay təlim-məşq toplanışı dönəmində ardıcıl dördüncü qələbəsidi. Sözügedən komanda Qəbələdəki toplanış çərçivəsində "Qarabağ"ı (2:1), "Sumqayıt"ı (1:0), "Neftçi"ni (5:2) məğlub etmişdi. "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlmişdi.
Yoxlama matçı
10 avqust
Sabah – Qəbələ 2:0
Qollar: Abbas Ağazadə, 41. Məhəmməd Mirzəbəyov, 66.
Masazır. "Bank Respublika Arena".
Fanat.Az