Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq "Qarabağ” - "Sileks” matçının keçiriləcəyi tarix məlum olub.
Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şimali Makedoniya təmsilçisi ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma avqustun 18-də keçiriləcək.
Matçın start fiti 20:00-da səsləndiriləcək.
Fanat.Az