12:47 16.08.2020 764

\"Sumqayıt\"ın baş məşqçisi: \"Şkendiya\" məğlubedilməz deyil\"

"Avropa Liqasında 4 potensial rəqibimiz bəlli olduqda hər biri haqqında məlumat əldə etməyə çalışdıq. Şimali Makedoniya "Şkendiya"sı düşəndən sonra isə dərhal məşqçilər korpusu komandanı analiz etməyə başladı".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib. 

39 yaşlı mütəxəssis bildirib ki, I təsnifat mərhələsindəki rəqib təcrübəli kollektivdir. Abbasov "Şkendiya"nın Çempionlar Liqasında da mübarizə apardığını xatırladıb: 

"Rəqibimiz ardıcıl iki mövsüm çempion olub, Avropa Liqasında pley-off oynayıb. Mövsümlərarası dövrdə isə heyətində bəzi dəyişikliklər olub, onları araşdırırıq. Şimali Makedoniya yığmasının 2-3, U-21 millisinin isə bəzi üzvləri bu klubda oynayır. Çox maraqlı, fiziki gücə üstünlük verən komandadır. Daxili çempionatdakı oyunlarını izlədikdə, görürük ki, öz fəsiləsini yeridən klubdur". 

Gənc baş məşqçi rəqibin məğlubedilməz olmadığını söyləyib: 

"Bu gün futbol o səviyyədədir ki, hər rəqib meydanda mübarizə aparsa, futbolçular tapşırıqları yerinə yetirsə, düzgün analizdən sonra oyunumuzu qura bilsək, hər bir rəqibə qarşı oynamaq və qalib gəlmək olar. Hələ vaxtımız var. İlk olaraq, Azərbaycan çempionatındakı matçımıza baxacağıq. İnanıram ki, ondan sonra tam formaya düşə biləcəyik. Həm də futbolçuların zədələnməməsini istəyirik, çünki heyətimiz elə də geniş deyil. Hansısa futbolçunu itirmək bizə baha başa gələ bilər. Doğma meydanda oynamaq və əzmkarlıq komandamıza kömək edə bilər". 

Abbasov Avropa Liqası matçına görə çempionat oyununda əsas futbolçulara istirahət vermək fikrində olmadığını vurğulayıb: 

"Çempionat matçından 5 gün sonra avrokubok oyununa çıxacağıq. Bu da qısa vaxt deyil. Digər tərəfdən, bu gün Premyer Liqanın elə bir nöqtəsi deyil ki, biz futbolçulara istirahət verək. Əslində onlara oyun lazımdır. İstərdik ki, Avropa Liqasından öncə ən azı iki tur oynanılsın. Çünki martdan bəri rəsmi qarşılaşmaya çıxmayıblar. Bu da mənfi haldır. Amma Şimali Makedoniya çempionatında bizə qədər üç tur oynanılacaq. Futbolçular bu dəqiqə elə dövrdədirlər ki, nə qədər oynasalar, o qədər tez formaya düşəcəklər. Ona görə çox da dəyişiklik etməyəcəyik, çempionatda "Keşlə" ilə matçdakı heyəti cüzi dəyişikliklərlə Avropa Liqasına hazırlayacağıq". 

Mütəxəssis komandanın Qəbələ toplanışının Türkiyədəkindən fərqləndiyini də diqqətə çatdırıb: 

"Əvvəllər bəlli vaxt olurdu. Bakıda hazırlıq keçir, sonra isə Türkiyədə yoldaşlıq görüşlərinə gedir, digər ölkələrin kollektivləri ilə oynayırdıq. Düzdür, Qəbələdə hər cür şərait var idi, orada yerli komandalarla oyunlarımızı keçirdik. Bizi narahat edən heyətdə boşluqların olmasıdır. Amma əlimizdəki futbolçularla hazırlıqlı olmağa çalışırıq".

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X