İngiltərədə yaşayan Cavahir Roble Premyer Liqada oyun idarə edən ilk müsəlman qadın olaraq tarixə düşmək istəyir.
Fanat.Az xəbər verir ki, 10 yaşında vətənin Somalidəki vətəndaş müharibəsindən qaçaraq ailəsi ilə birlikdə İngiltərəyə gələn Cavahir futbol hakimi olmaq üçün çox çalışdığını bildirib.
"Futbol hər zaman məşğul olmaq istədiyim bir sahə idi" deyən somalili miqrant dünyada gəncx müsəlman qadınlar üçün yetərincə örnək olmadığını və futbolun onun üçün sevgi olduğunu qeyd edib.
Roble bildirib ki, dünyanın ən böyük stadionuna da ev sahibliyi edən Uemblidə yaşaması da onun futbola olan sevgisinin göstəricisidi.
Futbol oynamasının ingiliscə öyrənməsini daha da sürətləndirdiyini bildirən somalili xanım "Dünyanın harasına gedirsiniz gedin, dilini bilmədiyiniz insanlarla futbol vasitəsi ilə rahat münasibət qura bilərsiniz" deyib.
Roble həmçinin qeyd edib ki, ailəsi seçiminə hörmətlə yanaşır və onunla fəxr edir.
Fanat.Az