20:32 17.08.2020 841

\"Sileks\"in baş məşqçisi: \"Qırx il siçan kimi yaşamaqdansa...\"

Şimali Makedoniyanın "Sileks” klubunun baş məşqçisi Qoran Simov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
 
Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Bu, bizim üçün çox böyük təcrübədir. Çox gənc komandayıq, ürəyimizdə həyəcan coşub-daşır. Ötən mövsüm bizə heç kim şans vermirdi, amma çempionatda ikinci yeri tutduq. Gənc komanda olduğumuz üçün təcrübə baxımından bizim üçün yaxşı olacağını düşünürük.
 
- Səhv etmirəmsə, məşqçi kimi avrokuboklarda ilk oyununuz olacaq. Özünüz necə, həyəcanlısınız?
- Futbolçu karyeramı 42 yaşımda bitirmişəm və böyük hissəsi "Sileks”lə məxsusdur. Ötən mövsüm son 8 turdakı uğurlu çıxış sayəsində şirin xəyalı gerçəkləşdirdik. Burada olduğumuz üçün şadıq.
 
- Mütəxəssislər "Qarabağ”ı favorit hesab edirlər. Siz rəqibi nədə üstələyə bilərsiniz?
- "Qarabağ” böyük klubdur. Böyük futbolçuları var, hansı ki, milli komandalarda çıxış edirlər. Amma biz bura arzularımızın arxasınca gəlmişik. Futbolçulara demişəm ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bura gəlmək necə xəyal idisə, sabah da yeni xəyal üçün meydana çıxacağıq.
 
- Boş tribunalar önündə çıxış edəcəksiniz və qazonun durumu yaxşı deyil. Bu, komandanıza nə dərəcədə təsir edə bilər?
- Hətta evdə oynasaydıq belə, öz meydanımızda deyil, mərkəzi stadionda çıxış edəcəkdik. Orada isə 2 və ya 3 oyun keçirmişik. Bu səbəbdən elə bir fərqi yoxdur. Dediyiniz pis meydança Şimali Makedoniyadakı ən yaxşı meydançadan da yaxşıdır.
 
- Azərbaycanın 3 klubu Şimali Makedoniya təmsilçiləri ilə qarşılaşacaq. Hansı cütlükdə Şimali Makedoniya klubunun şansını daha çox görürsünüz?
- "Şkendiya”nı vurğulamaq istərdim. Onlar ölkənin ən güclü və pullu komandasıdır. "Şkendiya”nı növbəti mərhələyə daha şanslı sayıram.
 
- Mərhələ adlamaq istəyi uğur qazanmaq üçündür, yoxsa klubun büdcəsinə gəlir qazandırmaq üçün?
- Bura xəyallarımızın arxasınca gəlmişik. Pulu düşünmürük. Bir müddət əvvəl liqada qalmaq, həyatda qalmaq arzusunda idik. Amma indi buradayıq. Oyun 0:0 da ola bilər və ya "Qarabağ” 5:0, 7:0 hesabı ilə qalib gələ də bilər. Bizim üçün bunun elə bir fərqi yoxdur. Avrokubok həyəcanını yaşamaq istəyirik.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X