"Barsa" fanatları Messiyə görə prezidentin istefasını tələb etdi - VİDEO
Lionel Messinin "Barselona”dan mümkün gedişinin anonsu Kataloniya klubunun azarkeşlərini komandanın ofisinin yaxınlığında toplaşmağa vadar edib.
Fanat.Az xəbər verir ki, onlar ulduz futbolçu ilə mübahisədə günahkar olduğu güman edilən prezident Xosep Maria Bartomeunun istefasını tələb ediblər.
Klubun ofisi önündə baş verən etiraz aksiyasının video görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Bu barədə Rambler məlumat verib.
Prezident Bartomeu bundan əvvəl İdarə Heyətinin təcili toplantısını çağırıb və Lionel Messi komandada qalmağı qərara alarsa, klubdan ayrılacağını bildirib.
Xatırladaq ki, daha əvvəl NEWS.ru "Barselona"nın yeni baş məşqçisi Ronald Kumanın kataloniyalıların kapitanı Lionel Messi ilə görüşdüyünü bildirmişdi. Klubun məşqçisi paltardəyişmə otağında heç kimin xüsusi imtiyaz və nüfuza sahib olmadığını qətiyyətlə vurğulayıb. Futbolçu ilə məşqçi arasındakı görüş düşməncəsinə keçməsə də, gərgin şəraitdə keçib. Messinin özü Kumanın mövqeyindən narazı qalıb.