Daha bir ulduz futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Loik Remi "Çaykur Rizəspar"a transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı forvardla 2+1 illik müqavilə imzalanıb. Anlaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Remi karyerası ərzində Fransanın "Lion", "Nitsa", "Lans", "Marsel", "Lill", İngilətənin "Queens Park", "Nyukasl", "Çelsi", "Kristal Palas", İspaniyanın "Las Palmas" və "Xetafe" klublarında çıxış edib. Fransa millisində 30 oyun keçirən 33 yaşlı forvard 7 qol vurub.
Fanat.Az