22:17 11.09.2020 654

Füzuli Məmmədov yenilgini şərh etdi

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 0:2 hesablı yenilgi ilə üzləşdikləri qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Komandamız bu gün istədiyimiz səviyyədə oynamadı. Çox zəif, pis oynadıq. Heç belə oynamamışdıq. Rəqib bizdən daha istəkli idi. İstədiyimiz istəyi oyunçularda görə bilmədim. Oyuna baxıb analiz edəcəyik. Qarşıda Avropa Liqası matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdır.
 
- Komandada hər şey qaydasındadır? Futbolçularda sanki futbol oynamaq istəyi yox idi. Krivotsyukun psixoloji durumunda problem var?
- Xeyr, heç bir problemi yoxdur. Sadəcə, çox səhvlər edir. Komandada hər şey qaydasındadır. Problemlər topla səhvlərdir. Futbolçular daha çox qaçmalıdırlar. Daha çox əziyyət çəkən qalib gəlir. Yalnız keyfiyyət sayəsində qələbə qazanmaq mümkün deyil.
 
- Qarşıdakı rəqib "Qalatasaray"dır. Sizi dəhşət bürümür?
- Xeyr, heç nə bürümür. Futboldur. Məğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar da bu yöndə verilmişdi. Sadəcə, müdafiə və orta sahədə bu qədər səhvlər qollara səbəb olmalıdır. Heç bir vahimə yoxdur. "Qalatasaray"la oyunda da meydana qələbə üçün çıxacağıq.
 
- Yusuf Laval və Talisson daha yaxşı anlaşırdılar, nəinki sağ cinahdakılar...
- Namiq Ələsgərov bu gün istədiyimiz oyunu sərgiləmədi, bu üzdən fasilədən sonra əvəzlədim. Bizim əsas problemimiz orta sahədədir.
 
- "Qalatasaray"la matç hansı səbəbdən BOS-a keçirildi?
- Bunun səbəbi həm burdakı ot örtüyünün istədiyimiz səviyyədə olmaması, həm də oradakı örtüyün daha yaxşı olmasıdır. Başqa bir neçə səbəb də var.
 
- Düşünmürsünüz ki, bu gün taktiki planda daha çox geri qaldınız?
- Xeyr, belə düşünmürəm. Futbolçular çalışırdılar verilən tapşırıqları yerinə yetirsinlər. Amma komanda şəklində bunu edə bilmirdilər.
 
- İkinci qolu buraxandan sonra 3 hücumçu ilə oynadınız. Amma Monroz mərkəz hücumçularının arxasında oynayırdı. Bu, sizin tapşırığınız idi?
- Bəli. Yusuf top itkisi zamanı yarımmüdafiəyə kömək edirdi.
 
- Hücumda böyük əzəmət ortaya qoya bilmədiniz. Problem Mirabdulladadır?
- Əksinə, Mirabdulla əvvəlki matçlara nisbətən bu gün pis təsir bağışlamadı. Elə epizodlar oldu ki, kəsərli hücuma şığıdı, amma ötürmə almadı. Bir epizodda zərbəni yaxşı vura bilmədi. Mirabdullanın əzmkarlığı məni sevindirdi. Onda əvvəl əzmkarlıq görmürdüm. Qarşıda da belə oynasa, əsas heyət oyunçusu ola bilər.
 
- Mbodj əvəzlənərkən etiraz etdi. Onu hansısa cərimə gözləyir?
- Mbodjla indi paltardəyişmə otağında danışdıq, səhvini qəbul etdi. Heç bir oyunçu baş məşqçinin qərarına etiraz etməməlidir. Onu başa düşürəm. Hesabda geri idik, əsəbi idi. Hansısa cəriməyə ehtiyac yoxdur. Yəqin ki, bir daha belə hal olmaz. Mbodj üç gün əvvəl məşq etmirdi, əzələsində problem var idi. Hətta meydana buraxmağa da ehtiyatlanırdım. Hazır olduğunu demişdi. 6-7 gün məşq etməmişdi, bəzi epizodlarda çatdırmırdı. Əvəzlədik ki, daha hazır olan Stankoviç oynasın.
 
- "Sumqayıt" son vaxtlar "Neftçi" üçün solaxay rəqibdir. "Sumqayıt"ı uda bilməyən "Neftçi" "Qalatasaray"la matça hazır ola bilərmi?
- Hələ vaxtımız var. Bu oyuna qələbə üçün çıxacağıq.
 
- "Qalatasaray"a da uduzsanız, komandada qalacaqsınız?
- Bu, bizim ilk məğlubiyyətimizdir. Bizim işimiz səhvlər üzərində işləməkdir. Hər şey rəhbərimizdən asılıdır. İstənilən qərara hazıram.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2024
10:57

"Real"ın oyunçusu Madrid klubunu tərk etdi, İspaniyanı yox

10:34

AÇ-2024: Nəticələr və təqvim

10:12

Lamin Yamal "Barselona"dakı kumirinin adını açıqladı - Bu, Messi deyil

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Messi penaltini qaçırdı, Argentina "lotoreya"da qalib gəldi

09:00

AÇ-2024: Bu gün1/4 final oyunları start götürür - YENİLƏNİR

04 İyul 2024
22:37

Yeni müqaviləyə imza atan Erik ten Haq nə danışdı?

22:03

"Qarabağ"ın tədbiri yarımçıq dayandırıldı -SƏBƏB

21:43

Ruzanna Məmmədova Avropa çempionu oldu

21:30

Portuqaliyalı yarımmüdafiəçi "Səbail"lə vidalaşdı

20:22

Fransa nəhəngi "Bayern"in ulduzunu alır

19:30

Klopp türk məşqçini təbrik etdi: "Əla olacaq"

19:11

Andrix İspaniya ilə oyuna yeni imicdə çıxacaq - FOTO

18:40

Superkubok oyunu təxirə salındı

18:16

"İndi İspaniyanı yenməyə köklənmişəm" - Camal Musiala

17:53

"Əsas narahatlıq yaradan məsələ..." - Borisov ÇL-dəki rəqibləri dəyərləndirdi

17:22

Ərəblər Markinyosu da aparır

17:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:52

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

16:39

"Qarabağ"ın 4 rəqibindən ikisi bilindi

16:21

Bellingem ədəbsiz jestə görə belə cəzalandırılacaq

16:03

"Kəpəz"də yeni müqavilə - RƏSMİ

15:45

AFFA danışılmış oyunlarla bağlı seminar keçirdi

15:27

"Mançester Yunayted" Erik ten Haqla müqavilə yenilədi

15:09

"Klublarımız avrokuboklardan çox öz çempionatımıza hazırlaşırlar" - Erkin İbrahimov

14:51

Koman qayıtdı

14:33

"Zirə"nin rəqibi milli üzvünü transfer etdi

14:16

Ansu Fati İstanbul nəhənginə keçə bilər

13:59

"Mançester Siti" əsas qapıçısını satır - SON DURUM

13:41

"Morata mənə söz verib ki..." - Kapitan millinin bərbərinə nə vəd edib?

13:23

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı

13:05

Braziliya millisinin üzvü "Vest Hem"i bu kluba dəyişir

12:48

"Barselona" üçün ən əlverişli il olacaq" - La Liqanın rəhbəri

12:30

"Rodri ilə mövqelərimiz fərqlidir, amma..." - Toni Kroos

12:11

"Real Madrid" bu oyunçusunu satır - Yeni müştəri də bəllidir

11:52

Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutdu

11:34

AFFA rəsmisi UEFA-dan təyinat aldı

11:15

Lunyov "Dinamo"dakı debütünü şərh etdi

10:54

"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

10:12

"Yuventus" braziliyalı oyunçunu hədəfə aldı

Facebookdan bizi izləməyi unutmayın.
X