Türkiyə yığmasının və "Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək olub.
Fanat.Az xəbər verir ki, veteran futbolçu fikirlərini "tvitter" səhifəsi üzərindən paylaşıb.
O qeyd edib ki, "Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.