Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.
Fanat.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Xəbərə görə, sağ gözündən xəsarət alan və burnu qırılan 40 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.
Xaritonov noyabrın 15-də əməliyyat olunacaq. Ona beyin silkələnməsi diaqnozu da qoyulub.
Qeyd edək ki, polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.