Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusdan sağalıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə "Report"a 23 yaşlı idmançının özü məlumat verib.
81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 13-də ondan götürülmüş testin nəticəsi mənfi olub.
Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.
Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb.
Fanat.Az