İspaniya La Liqasında X turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Barselona" bu turda "Atletiko"nun qonağı olub. Madriddə keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 45+3-cü dəqiqədə Yannik Karrasko imza atıb.
Qeyd edək ki, 8 oyun keçirmiş 20 xalla ikinci pillədə qərarlaşıb. Eyni sayda oyun keçmiş "Barselona" isə 11 xalla 11-cidi.