Çempionlar Liqasında "Şaxtyor"a 0:2 hesabı ilə uduzuan "Real"ın baş məşqçisi Zinəddin Zidanın kreslosu laxlayıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Kral Klubu"nun rəhbərliyi artıq fransalı müxəssisin yerinə namizəd tapıb. İddiaya görə, "Real" Zidanla yollarını ayıracağı halda baş məşqçi postuna Mauritsio Poçettinonu gətirəcək.
Qeyd edək ki, 48 yaşlı Poçettino son olaraq "Tottenhem"i (2014-2019) çalışdırıb.