"Barselona"nın prezident vəzifəsini müvəqqəti icra edən Karles Tusqets açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Rac 1" telekanalına danışan Tusqets klubun ciddi maliyyə böhranı ilə üzləşdiyini və vəziyyətin acınacaqlı olduğu bildirib.
Klub rəsmisi vəziyyətdən çıxış yolu kimi Lionel Messinin satılmasının tərəfdarı olduğunu bildirib: "Messini satmaq maliyyə böhranından çıxmaq üçün yaxşı addım olar. Amma bunun üçün məşqçilər heyəti ilə danışmaq lazımdı. Bu mövsüm üçün problem həll olunub. Oyunçular yanvar ayının maaşlarını almayacaqlar. Amma hazırda xərclərimiz inanılmaz dərəcədə çoxdu. Olduqca qorxulu mənzərə ilə üz-üzəyik. Lakin stadionlar açıldıqdan sonra vəziyyəti düzəldə bilərik".
Tusqets Fransanın PSJ komandasında çıxış edən Neymarın yenidən transfer edilməsi məsələsinə də toxunub: "Bu keçid yalnız havayı olarsa, baş tuta bilər. Ya da ki, yeni prezidentin sehrli çubuğu olmalıdı".