"Barselona"nın keçmiş ulduzu, hazırda "Sevilya"da çıxış edən İvan Rakitiç keçmiş komanda yoldaşı Arda Turanın paylaşımına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Arda Turanın "Instagram" hesabında "Qalatasaray"la məşqdən paylaşdığı fotoya Rakitiç "Cim Bom qol qol qol" yazıb. Xorvat futbolmunun bu şərhinə Ardanın cavabı "Gəl birlikdə qol vuraq, qardaşım" olub.
Qeyd edək ki, İvan Rakitiç mövsümün əvvəlində "Barselona"dan əvvəllər də çıxış etdiyi "Sevilya"ya transfer edilib. Xorvat futbolçu Arda Turanla Kataloniya klubunda birlikdə oynayıb.