Daha bir ulduz futbolçu karyerasını Türkiyə Super Liqasında çıxış edəcək.
Fanat.Az xəbər verir ki, Super Liqanın debütantı "Fatih Karagümrük" son olaraq İtaliyanın "Verona" klubunda çıxış edən Fabio Borinini heyətinə qatıb. Bu barədə klubun "Twitter" hesabı məlumat yayıb. "The Italian Job" (İtaliyan işi) başlığı ilə verilən açıqlamada "Fabio Borini "Fatih Karagümrük"də" deyilir.
Qeyd edək ki, Fabio Borini karyerası ərzində İngiltərənin "Çelsi", "Suonsi", "Liverpul", "Sanderdend", İtaliyanın "Parma", "Roma" və "Milan" klublarında çıxış edib. Son olaraq "Verona"da çıxış edib və sentyabrın 1-də klubdan ayırılıb. 29 yaşlı forvard 2012-ci ildə İtaliya millisinə dəvət alıb.